"Kupça" almaq istəyənlərin işi lap asanlaşdı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir layihəyə start verir.BAKU.WS xəbər verir ki, bu barədə report-a Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə əldə ediləcək.
Başqa sözlə, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar.
Bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq.
BAKU.WSOxşar xəbərlər
Milli Arxiv İdarəsinə rəis təyin olunub
Milli Arxiv İdarəsinə rəisi təyin edilib. BAKU.WS-nın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Mi...
