Kredit götürərkən nələrə diqqət etmək lazımdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Bankın cari ilin iyun ayına olan hesabatına görə, Azərbaycanda problemli kreditlərin həcmində artım müşahidə olunub. Belə ki, vaxtı keçmiş kreditlərin ümumi məbləği 635.4 milyon manat təşkil edir ki, bu da may ayı ilə müqayisədə 3.45% çoxdur.
BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
İqtisadçı Emin Qəribli bu artımın əsas səbəblərini aşağıdakı amillərlə əlaqələndirir:
- İstehlak kreditlərinin faizləri biznes kreditləri ilə müqayisədə daha yüksəkdir, bu da onları geri qaytarmağı çətinləşdirir.
- Ötən 6 ay ərzində makroiqtisadi göstəricilərin müəyyən dərəcədə zəif olması biznes mühitinə və sahibkarların aktivliyinə təsir göstərib.
Bank sahəsi üzrə mütəxəssis Emin Kərimov vətəndaşları kredit götürərkən daha ehtiyatlı olmağa çağırır:
- Vətəndaşlar ehtiyac olmadığı halda kredit götürməkdən və özlərini maliyyə yükü altına salmaqdan çəkinməlidirlər.
- Kredit götürməzdən əvvəl onun necə ödəniləcəyi dəqiq müəyyən edilməlidir.
- Çətin vəziyyətdə olan şəxslər banklardan kreditin restrukturizasiyasını tələb edə bilərlər. Bu, daha yumşaq şərtlərlə və uzun müddətə borcun bağlanmasını təmin edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, şirnikləndirici reklamlara aldanmamaq və lazımsız kreditləşmədən qaçmaq problemli kreditlərin qarşısının alınması üçün ən vacib addımdır.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...