Kreditə ev götürənlərə BƏD XƏBƏR
11
sen
2017
11:38
Banklar Assosiasiyasın ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb.BAKU.WS-in məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Facebook səhifəsində yazıb.Onun sözlərinin görə. təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.“Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakını satışınıa razılıq verməsi də təklif edilir. Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığın müəyyənləşdirmək çətindir. Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir”, - detə iqtisadçı bildirib.
Vüqar Bayramov hesab edir ki, bu dəyişikliklərin qəbul edilməsi ipoteka kredit götürüb mənzil alanların ödənişi yubatdığı halda illər ilə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər.“Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar. Eyni zamanda, əmlakın taleyi məhkəmə qənaətindən sonra icra qərarlarına uyğun həll edilə bilər. Təkliflər isə, bu halda bank tərəfindən mənzilin hərraca çıxarlmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmaslna səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər”, - deyə Vüqar Bayramov qeyd edib.SəmədBAKU.WS
Oxşar xəbərlər
İpoteka krediti ilə ev almaq asanlaşır - VİDEO
Məlumdur ki, mənzilə sahib olmaq istəyənlərin bir qismi ipoteka krediti əldə edir. O da sirr deyil ki, ipoteka kreditlərinin alınması elə də asan deyil. Amma av...