KOBİA yeni memorandum imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.
BAKU.WS agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, sənədə bu gün Bakıda keçirilmiş Azərbaycan-Litva Biznes Forumu çərçivəsində imza atılıb.
Tədbir iki ölkənin prezidentləri İlham Əliyev və Gitanas Nausedanın iştirakı ilə baş tutub.
Memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee imzalayıblar. Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.
Oxşar xəbərlər
Ağstafada KOB dostu fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes...