Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 285 milyon manat ayrılacaq
24
okt
2025
09:00
Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində ümumilikdə 285 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, ayrılan vəsaitin 252 milyon manatı vahid aylıq müavinətin verilməsinə, 17,5 milyon manatı kommunal xidmətlərin haqqının dövlət büdcəsi hesabına ödənilməsinə, 15,5 milyon manatı isə digər tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.
Oxşar xəbərlər
Bakıda kirayə evlərin qiymətləri AÇIQLANDI – ekspert proqnozu
Avqust və sentyabr aylarında Bakıda kirayə mənzillərə tələbatın artacağı gözlənilir. Bu dövrdə xüsusilə tələbələrin mənzil bazarına təsirinin güclənəcəyi bildir...