İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26 % artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,7 % çoxdur.
Məlumata görə, bunun 82,4 %-i və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6 %-i və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,8 % və 25% çoxdur.
Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 13,1 % artaraq 1 218-ə çatıb. Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı 11,6 % artaraq 1 070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 % artaraq 148-ə çatıb.
Ötən il işğaldan azad edilmiş ərazilərində istehsal olunmuş sənaye məhsulunun dəyəri 298,679 milyon manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274,772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23,908 milyon manat olub. Bu da, 2022-ci illə müqayisədə müfaviq olaraq 48,6 %, 41,8 % və 3,4 dəfə çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 66,6 milyardmanatlıq sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 8 % artıb.//Report.az
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...