İqtisadiyyat nazirinin I müavini Gəncədə vətəndaşları qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Gəncədə Samux və Göygöl rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, əmlak, vergi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Qalereya
Oxşar xəbərlər
Ruslan Ənvərliyə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub. BAKU.WS xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli...