İqtisadiyyat naziri gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri deyib ki, 1 yanvar 2026-cı ildən gəlir vergisi ilə bağlı güzəştin vaxtı bitir.
"Güzəştin sosial iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığı kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etmək üçün qeyri-neft qaz özəl sektorunda da əməkhaqqılarını tədricən mərhəlili şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib", - deyə nazir bildirib.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...