Huawei Mate 20 Pro smartfonunun kamerasının iş prinsipləri

Huawei Mate 20 Pro smartfonunun kamerasının iş prinsipləri
İqtisadiyyat 664
Huawei mobil texnologiyalar sahəsində özünün novatorluq nüfuzunu qoruyub saxlamaq üçün uzun müddətdir ki, çalışır.Belə ki, bu şirkət son illər əsas diqqətini məhz mobil kameralara yönəldib: Leica ilə tərəfdaşlıq, çoxkameralı sistemlər (iki və üç kameralı), monoxrom sensorlardan istifadə, süni intellektin fəal tətbiqi. Huawei Mate 20 Pro smartfonu da mobil kamera sahəsində şirkətin yeni yanaşmasının təzahürü kimi bu siyahıya qoşulur."Huawei P20 Pro"da olduğu kimi, "Mate 20 Pro"da da Leica ilə birlikdə işlənib hazırlanmış, lakin eyni anda üç kameradan istifadə etməklə tamamilə başqa bir yanaşma əsasında hazırlanmış üçtərəfli modul mövcuddur. "Əsas kamera + monoxrom kamera + zum-kamera" sxemi əvəzində, yeni flaqman zum baxımından çox geniş imkanlar təklif edir. Bu da monoxrom sensoru əvəzinə, çox genişbucaqlı görüntüyə malik obyektivin əlavə edilməsi sayəsindədir.Bunu ətraflı izah edək. Huawei Mate 20 Pro smartfonunda arxa modul üç kameradan ibarətdir. Yaz fəslinin hitinə çevrilmiş P20 Pro smartfonunda olduğu kimi, əsas kamera 1\1,7 düymlü və 40 meqapikselli sensordan ibarətdir. 27 mm ekvivalent fokus məsafəsi ilə "Huawei Mate 20 Pro" çəkilişləriObyektiv belə sensorla 27 mm fokus məsafəsindən və ƒ/1,8 işıq gücü ilə işləyir. Əksər rejimlərdə və hallarda məhz bu kameradan istifadə edilir, fərqli şəraitlərdə keyfiyyətli şəkillərin çəkilməsinə imkan verir. 10 meqapiksel ilə tövsiyə olunan 3648 × 2736 dəqiqlikli şəkillərin çəkilməsi defolt rejimdə təklif edilir. 80 mm ekvivalent fokus məsafəsi ilə "Huawei Mate 20 Pro" çəkilişləri (üçtərəfli zum)İkinci kamera da P20 Pro-dan götürülüb: 80 mm-lik fokus məsafəsi və ƒ/2,4 işıq gücü ilə 8 meqapikselli "ənənəvi" RGB sensoru (fiziki ölçüləri 1/4"). Onun sayəsində üçtərəfli optik zum əldə edilir, lakin bir kameradan digərinə sadə keçidlə yox - əsas (40 meqapikselli) kamera və telefoto-modul ilə eyni anda məlumat toplanır, daha sonra 3648 × 2736 dəqiqliklə bir kadrda birləşir.16 mm ekvivalent fokus məsafəsi ilə "Huawei Mate 20 Pro" çəkilişləriHuawei Mate 20 Pro smartfonunun əsas xüsusiyyəti 20 meqapiksel sensor (fiziki ölçüləri şirkət tərəfindən qeyd edilmir) və 16 mm ekvivalent fokus məsafəli və ƒ/2,2 işıq gücünə malik obyektiv ilə üçüncü kamerasının olmasıdır. Məhz üçüncü kamera ilə əsas kamera ilə müqayisədə daha genişbucaqlı görüntünü əldə etmək mümkündür.Huawei Mate 20 Pro smartfonu ilə çəkiliş zamanı "Supermakro" rejimindən istifadəHuawei Mate 20 Pro smartfonunun genişbucaqlı kamerasının zəruri üstünlüyü - bu rejimdə smartfonun fokuslana biləcəyi minimal məsafədir. Bu məsafə 2,5 sm-dir və kifayət qədər makroçəkilişlərin aparılmasına imkan verir.Hər üç kamera ilə həm faza avtofokusu, həm də optik kadr stabilizatoru işləyir. Yəni bütünlükdə fokus məsafələrinin diapazonuna həm gündüz, həm də gecə saatlarında etibar etmək olar.P20 Pro smartfonunda olan və həm gündüz dinamik diapazonda, həm də gecə kadrlarında böyük ehtiyat yaradan monoxrom sensorun olmadığına görə Mate 20 Pro smartfonu təmiz keyfiyyətli kadrlar baxımından digər flaqmanla ayaqlaşmasa da, yeni Kirin 980 prosessorunun smartfona gətirdiyi mümkün fokus məsafələrinin diapazonuna və müxtəlif proqram detallarına görə öz rəqibini geridə qoyur. Məsələn, avtofokus kadrdakı obyektlərin hərəkətini "proqnozlaşdıra" bilir, hərəkətli səhnələrdə və videoçəkilişlərdə yaxşı işləyir. Süni intellektin də yeni məharətləri var - artıq daha çox səhnə tanıyır və bir kadrda bir neçə səhnəni anında müəyyənləşdirə bilir; həmçinin arxa fonun tutqunlaşdırılması texnologiyası da təkmilləşdirilib. Smartfon bu işi nəinki daha dəqiq yerinə yetirir, həm də "virtual" boke xarakterini də dəyişə bilir: "ürəklər" qoyula və ya köhnə "Helios" obyektivi stilinə salına bilər.Smartfonun kamerası 4 saniyə ərzində müxtəlif ekspozisiyalarda bir neçə kadr çəkir, daha sonra onları bir kadrda birləşdirir - hətta ən minimal işıqlandırma zamanı (gecə və ya qaranlıq məkanlarda) keyfiyyətli kadrların əldə edilməsi üçün bu rejimdən istifadə tövsiyə olunur. Effektiv optik stabilləşmə sayəsində bunu etmək mümkündür, lakin yaxşı olardı ki, əl üçün hər hansı dayaq qoyulsun - minimal titrəyiş zamanı sürüşmə ola bilər.Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:https://www.facebook.com/HuaweimobileAZ/https://www.instagram.com/huaweimobileaz/https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Son xəbərlər