Hesablama Palatası ötən il Əməliyyat Planını 90 % icra edib

Hesablama Palatasının 2024-cü il üzrə Əməliyyat Planının icrası 90 % çox təşkil edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" rüblük bülleteninin "Aktual problemlər" rubrikasında bildirilir.
Strateji Planın monitorinq çərçivəsi üzrə icra göstəriciləri də 80 %-dən bir qədər çox olub. Bu nəticə strateji idarəetmə prosesində davamlılığın və səmərəliliyin təmin olunduğunu təsdiqləyir.
Hesablama Palatasının strateji plan üzrə hesabatvermə təcrübəsini beynəlxalq təşkilatlar, o cümlədən Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalı (INTOSAI) yüksək qiymətləndirib və digər ölkələrin ali audit orqanlarına tövsiyə edib.
Oxşar xəbərlər
Ukrayna qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir
Ukrayna Azərbaycanı təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür. BAKU.WS AZƏRTAC-a istinadən xəbər ver...