Həftəsonu üç fərqli nöqtədə yarmarkalar təşkil olunacaq - ÜNVANLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata əsasən, 19-21 fevral tarixlərində keçiriləcək yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Oxşar xəbərlər
“Kənddən şəhərə” qış yarmarkaları davam edir - VİDEO
Dekabrın 21-dən start götürən “Kənddən şəhərə” qış yarmarkaları davam edir. Yarmarkalarda yaradılan şərait və görülən işlərə ictimai nəzarət məqsədilə bu gün Kə...