Hakimlər İttifaqına toplanmış pullar HARA XƏRCLƏNİB?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hakimlər İttifaqının 2025-ci il üzrə illik hesabatı açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı hesabatı Azərbaycan Hakimlər İttifaqının idarə heyətinin sədr müavini Ələddin Cəfərov səsləndirib.
O bildirib ki, toplanmış vəsaitin əsas hissəsi əsasən aşağıdakı istiqamətlərə xərclənib:
- Bakıda keçirilmiş Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasına - 500 min manat
- Azərbaycan Hakimlərinin I Forumuna 79 350 manat
- Apellyasiya və kassasiya məhkəmələrində kommersiya mübahisələrinə dair işlərə baxan 10 hakimin Astana şəhərinə ezam edilməsinə - 19960 manat
- Türkiyədən Azərbaycana səfər etmiş hakimlər üçün 10 500 manat
- Vəfat edən hakimlərin ailələrinə xərclənən yardımlara görə - 14 300 manat
- Hakimlərin ingilis dili səviyyələrinin artırılması istiqamətində ixtisasartırma kurslarına - 3 100 manat
- "Femida" könüllüləri ilə əməkdaşlığa - 6000 manat
- Hakimlərin futbol turnirinin keçirilməsinə -15 400 manat.
Qurum rəsmisi vurğulayıb ki, vəsaitin digər hissəsi texniki avadanlıqların alınmasına, dəftərxana xərclərinə, təqaüdə çıxan hakimlərə hədiyyələrin alınmasına və s. istiqamətə xərclənib.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...