Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını noyabrda 84 dəfə artırıb
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 99 milyon ABŞ dolları dəyərində 143 min ton neft və neft yağları idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq 49 % çoxdur.
Təkcə noyabr ayında isə Gürcüstan Azərbaycandan 13 milyon ABŞ dolları dəyərində 18 min ton neft və neft yağları alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 44 dəfə və 84 dəfə çoxdur.
Bu ilin ilk 11 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 229 milyon ABŞ dolları dəyərində 1 milyon 633 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3,6 % və 14 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 457 milyon ABŞ dolları dəyərində 658 min ton, Rumıniyadan 219 milyon ABŞ dolları dəyərində 290 min ton, Bolqarıstandan 183 milyon ABŞ dolları dəyərində 250 min ton, Türkiyədən 96 milyon ABŞ dolları dəyərində 106 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,2 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Gürcüstandan avtomobil alışını 39 % azaldıb
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 197 milyon ABŞ dolları dəyərində 7 292 ədəd avtomobil ixrac edib. BAKU.WS "Report"a istinadən xəbər verir...