Gələn həftədən siqaretlər bahalaşır — Qanun qüvvəyə minir
27
iyn
2018
14:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılıb.BAKU.WS xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.Qanuna görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə görə 20 manat rüsum tətbiq ediləcək. Mövcud qanuna görə isə bu rüsum 10 manatdır.Bundan başqa, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə dövlət rüsumu 12 manat məbləğində müəyyənləşdirilib. Hazırkı qanuna görə bu rüsum 4 manatdır.Qeyd edək ki, qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.BAKU.WS
Oxşar xəbərlər
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.Dətişikliyə əsasən, Azərbaycanda baytarlıq şəhadətnaməsin...