Gələn ildən vətəndaşlara daha çox "ƏDV geri al" ödəniləcək
Gələn ildən vətəndaşlara daha çox "ƏDV geri al" ödəniləcək.
BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O xatırladıb ki, "Vergi Məcəlləsinə" gələn ildən "ƏDV geri al" mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub və layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyyə edilib:
"Yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara "ƏDV geri al" görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur. Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV geri al" mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər".
"Yeni qaydalarda məqsəd qeydolunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlkaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin "ağarması" prosesini sürətləndirəcək", - deputat əlavə edib.
Oxşar xəbərlər
Bitkoin aprel ayından bəri ən aşağı səviyyəyə düşüb
Bitkoinin qiyməti qlobal makroiqtisadi qeyri-müəyyənliklər fonunda kəskin ucuzlaşıb. Kriptovalyutanın dəyəri 90 min dollar həddini aşaraq aprel ayından bəri ən...