Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək
2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı və ya 43.8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb
Büdcə gəlirlərinin 12 milyard 835 milyon manatı (33.2%) Dövlət Neft Fondundan transfertlər, 6 milyard 862 milyon manatı (17.8%) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1 milyard 21 milyon manatı (2.6%) büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 981 milyon manatı (2.6%) isə digər gəlirlər hesabına formalaşacaq.
Dövlət Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların məbləği ümumi daxili məhsulun (ÜDM) 12.6%-i həcmində olmaqla cari ilin proqnozu ilə müqayisədə 1 milyard 410 milyon manat və ya 9.1%, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 102 milyon manat və ya 7% çoxdur.
Oxşar xəbərlər
Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq
Yaponiya Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Azərbaycan neftinin partiyasını alacaq. BAKU.WS xəbər verir ki, Azərbaycan nefti ilə tanker artıq çər...