Gələn il "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.
Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...