GDY: Gürcüstan və Azərbaycan arasında qatar reyslərinin bərpa müddəti müəyyən edilməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası təxirə salınır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları" (GDY) məlumat yayıb.
Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası istiqamətində işlər davam edir, lakin reyslərin bərpasının dəqiq tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini bildirmişdi.
Oxşar xəbərlər
"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 197 milyon ABŞ dolları dəyərində məhsul i...