Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçib
27
mar
2026
15:49
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tenderin qalibi "NR Proaudit" MMC olub.
Qalib şirkətə 8 201 manat ödəniləcək.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 2024-cü il üzrə maliyyə hesabatlarının auditini "Abacus Audit and Consulting" MMC aparıb və bu xidmətlərə görə ona 5,8 min manat ödənilib.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. BAKU.WS report-a istinadən...