Emin Ağalarov: Azərbaycan-Rusiya biznes-forumu hər il keçirilə bilər
Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov hər il Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsi təklifi ilə çıxış edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə E.Ağalarov cümə günü Bakıda şuranın iclasında bildirib.
"Ötən ilin sentyabrında "Sea Breeze"də Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi ilə biz birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təşkil etdik. Tədbir çərçivəsində Rusiya, Çin, Bəhreyn, Qətər, BƏƏ və digər ölkələrdən olan şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirildi. Biz forumu hər il keçirilən tədbirə çevirməyi planlaşdırırıq. Bununla əlaqədar olaraq, Azərbaycan-Rusiya İşgüzar Şurası adından hər il "Sea Breeze"də "Rusiya - Azərbaycan" biznes-forumunu keçirməyi təklif edirəm", - o deyib.
Ağalarov Azərbaycan-Rusiya biznes-forumunun hər il keçirilməsinin ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
"Belə bir platforma sahibkarlar arasında dialoqun inkişafı və ikitərəfli iqtisadi əlaqələrin dərinləşməsi üçün faydalı olacaq", - o əlavə edib.
Oxşar xəbərlər
Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2020-ci ilin fevral ayından bəri minimuma enib
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Rusiya Bankının qızıl ehtiyatları 73.4 milyon troy unsiyası təşkil edib ki, bu da 2020-ci ilin fevral ayından bəri ə...