Dünyada nikel qiymətləri maksimuma qalxıb

22
may
2024
23:53
Dünya nikel qiymətləri 2023-cü ilin sentyabrından bəri ilk dəfə olaraq bir ton üçün 20 min dolları keçib.
BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, London Metal Birjasında hərraclarda nikelin qiyməti bir ton üçün 21,304 min dollar təşkil edib.
Dünyanın nikel ehtiyatlarının üçdəbirinə sahib olan Yeni Kaledoniyada (Sakit okeanın qərbində Fransanın xarici ərazisi) iğtişaşlar fonunda metal sürətlə bahalaşmağa başlayıb.
Bazar iştirakçıları isə tədarükün pozulması ehtimalından narahat olduqlarını bildiriblər.

Oxşar xəbərlər
Bu günə olan valyuta məzənnələri - SİYAHI
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. BAKU.WS siyahını təqdim edir: Valyuta Kod Kurs ABŞ dolları USD...