Dövlət Neft Fondundan qızıl açıqlaması: "Satılmayıb"

"Bəzi kütləvi informasiya vasitələrində ARNDF-nin investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət olaraq bildiririk ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib".
BAKU.WS-in məlumatına görə, bu sözlər ARDNF-in yaydığı məlumata deyilir.
Fondun yaydığı məlumatda: "Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılmışdır. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır", - sözləri yer alıb.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankda saxlancda olan qızılın miqdarı açıqlandı
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Hökumətinin mənfəət payı olan - 11655...
