Azərbaycanın 30 tondan çox qızılı var

Hazırda Azərbaycan Dövlət Neft Fondu (ARDNF) alınmış qızılın satılaraq digər aktivlərlə əvəzlənməsi, eləcə də əlavə qızılın alışını nəzərdə tutmur.
BAKU.WS xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq fonddan bildirilib. Qızıl investisiyaları ilə bağlı strategiyaya gəldikdə isə, ARDNF-dən bildirilib ki, bu yatırımlar qısamüddətli spekulyativ hədəflər üçün deyil, məhz strateji məqsədlə həyata keçirilib.
"Məlum olduğu kimi, ARDNF-in investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər ki, hal-hazırda da investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edir. Ümumiyyətlə, qeyd etmək yerinə düşərdi ki, qızıla investisiyalar əsasən iqtisadi tənəzzül, məzənnə riskləri və inflyasiya kimi amillərə qarşı sığorta vasitəsi kimi xüsusi önəmə malik olmaqla, investisiya portfelinin diversifikasiya olunması istiqamətində böyük əhəmiyyət kəsb edir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Səba ASC İnvestisiya təşviqi sənədi üçün müraciət edən ilk şirkətlərdən oldu
Səba şirkəti İnvestisiya təşviqi sənədi almaq üçün investisiya layihəsi ilə birgə lazım olan digər sənədləri İqtisadiyyat Nazirliyinə təqdim edib. Şirkət inves...
