Dövlət Neft Fondu qızılın bahalaşmasından 717 mln. manat qazandı

Dövlət Neft Fondu qızılın bahalaşmasından 717 mln. manat qazandı
İqtisadiyyat 955

 

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsiylə dəyərinin artması səbəbindən Fondun ümumilikdə 23 217,8 mln. manat büdcədənkənar gəliri yaranıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, bu məbləğin 22 501,0 mln. manatını ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar büdcədənkənar gəlirlər təşkil edib.

Ötən il qızıl portfelinin qiymətinin artması ilə əlaqədar ARDNF-nin 716,8 mln. manat büdcədənkənar gəliri yaranıb.

Qeyd edək ki, Fondun 2015-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin minimum 80%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 10%-ə qədəri səhmlərdən, 5%-ə qədəri daşınmaz əmlakdan və 5%-ə qədəri qızıl alt portfellərindən ibarət olub.

Fond 2012-ci il fevralın 1-dən qızılın alışına başlayıb. ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarı 30 174,9 kq və yaxud 1,04 mlrd. dollar təşkil edib. Alınmış qızıl Azərbaycana gətirilərək müvəqqəti saxlanması üçün AMB-də yerləşdirilib.

BAKU.WS

Oxşar xəbərlər

Dollar sabah 1,70-ə qədər bahalaşacaq

Dollar sabah 1,70-ə qədər bahalaşacaq

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsi ilə martın 9-da keçiriləcək növbəti hərraca 50 mln. ABŞ dolları həcmində valyuta kü...

4288 İqtisadiyyat 11:21 09 mart 2016

Son xəbərlər