Dövlət Sosial Müdafiə Fondunun gələn il gözlənilən gəlirlərinin strukturu açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü ildə gözlənilən 6 milyard 919,9 milyon manat məbləğində gəlirlərinin 5 milyard 288,1 milyon manatı və yaxud 76,4 %-i məcburi dövlət sosial sığorta haqlarının hesabına formalaşacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il DSMF büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,7 % çoxdur.
Gələnilki gəlirlərin 1 milyard 392 milyon manatını (5,2 % az) dövlət büdcəsindən transfert, 227 milyon manatını qalıqdan xərcə yönəldilmiş vəsait, 12,7 milyon manatını (0,8% çox) isə sair gəlirlər təşkil edəcək.
Beləliklə, 2024-cü ildə DSMF-nin büdcədən asılılığı 20,1 % təşkil edəcək ki, bu da 2023-cü ilə nisbətən 3,3 faiz bəndi azdır.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...