Dövlət layihələrində vergi pozuntuları - Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsi hesabına maliyyələşdirilən layihələrdə iştirak edən podratçı və subpodratçılara ciddi xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.
Dövlət xidməti qeydə alınan əsas pozuntuları da sadalayıb:
- Əmtəəsiz və riskli əməliyyatlar;
- Layihə ilə əlaqəsiz məqsədlərlə vəsaitin istifadə olunması;
- Əmək müqaviləsiz işçi çalışdırılması;
- Sənədsiz mal və xidmət təqdimatı.
"Bu hallar riskli vergi ödəyicisi statusu almağa, maliyyə sanksiyası və hətta cinayət məsuliyyəti ilə üzləşməyə səbəb ola bilər.
Vergi Xidməti layihələrdə iştirak edən bütün tərəfləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...