Dollar alıb satarkən bunlara diqqət edin
Nə zaman valyutanı alıb-satmaq sərfəlidir? Əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar bayramov Facebook səhifəsində qeyd edib. Ekspert valyita alıb satarkən diqqət edilməli olan bir neçə məqamları sadalayıb:
1. Ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir. Belə ki, ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşdı, amma rəsmi məzənnədə bahalaşdı. Buna görə də, banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirməyiniz üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Əgər dolların satışı kursu aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır və deməlu bu halda növbəti günlərdə dollar dəyər qazanacaq.
2. Dolların alış kursu sizdə məzənnə ilə bağlı yanlış təssəvvür formalaşdıra bilər. Bir sıra hallarda və təəssüf ki, əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir.
3. Dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin. Əgərə bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız uduzacaqsınız.
4. Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər. Amma bu ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dollar real alış kursu 1.76 manatdırsa hərrac məzənnəsin 1.74 manat olması başa düşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq.
5. Yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır. Cari xərcləri kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın.
6. Nəhayət, 2015-ci ilin əvvəlində təklif etdiyim kimi, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faziləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta Valyuta səbəti sizi bütün mümkün risklərdən qoruya bilər.
Oxşar xəbərlər
Azərbaycanda banklar dolları bahalaşdırdı (MƏZƏNNƏ)
Bu gün də banklarda Dolların qalxması müşahidə olunur. "Marja” xəbər verir, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alan və 1.84 manatdan satan "Ata...