Dollar 1,5839 AZN-ə yüksəldi, sonra ucuzlaşdı (CƏDVƏL)
Dünya valyuta bazarında dollar Azərbaycan manatı qarşısında cüzi bahalaşıb.
BAKU.WS-in məlumatına görə, USD/AZN cütlüyü səhər saatlarında seansı 1,5587 ilə açıb. Ancaq qısa bir müddətdən sonra Azərbaycan Mərkəzi Bankı məzənnəni açıqlayıb (1,5578 AZN) və manatın kursu dəyişib. AMB-nin müdaxiləsinə baxmayaraq qısa müddət sonra dollar yenidən bahalaşaraq 1,5839-a çatıb. Heç 20 dəqiqə keçməmiş USD/AZN cütlüyü 1,5750-yə qədər geriləyib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar və avro bahalaşdı (RƏSMİ)
Azərbaycanda dollar bahalaşmaqda davam edir. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında bu gün də...