Dekabrın 13-dən sonra Azərbaycanda dollar kəskin bahalaşa bilər - XƏBƏRDARLIQ
17
okt
2017
12:45
ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin faiz dərəcələrinin artırılması prosesinin davam etdiriləcəyi ilə bağlı açıqlama verməsi dolların yenidən bahalaşacağı barədə fikirlərin yayılmasına səbəb olub.BAKU.WS-in məlumatına görə, FES-in iclası dekabrın 12-13-də keçiriləcək. FES rəhbərinin açıqlamasından sonra dünyada dolların məzənnəsi yüksəlməyə başlayıb.İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə BAKU.WS-ə bildirdi ki, FES-in uçot dərəcəsini dəyişib-dəyişməməsindən asılı olmayaraq Azərbaycanda dekabr ayında dollara tələbat artacaq.“Bunun səbəbi idxalın artmasıdır. Bundan başqa, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini ödəməsi üçün 2017-ci il son tarixdir.Bu isə dollar olan tələbə təsir göstərəcək. FES-in qərar qəbul edəcəyi ilə bağlı açıqlama verməsi bazara psixoloji təsir edir. Ona görə də Azərbaycanda valyuta bazarına FED-in qərarının psixoloji təsiri də olacaq”, - deyə Vüqar Bayramov qeyd etdi.Onun sözlərinə görə, FES dekabr ayında keçiriləcək iclasda uçot dərəcəsini artırarsa, Azərbaycanda məzənnənin hansı səviyyədə qalacağı Mərkəzi Bankdan asılı olacaq.“Mərkəzi Bankın mövcud ehtiyatları Dövlət Neft Fondunun valyuta satışları hesabına ödəniləcəksə, məzənnə qorunub saxlanılacaq. Tələbin ödənilməsində problem olacaqsa, bu, məzənnəyə birbaşa təsirini göstərəcək”, - deyə ekspert bildirdi.BAKU.WS
Oxşar xəbərlər
FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki,...