Daha çox sektorda maaş artımlarının olacağı gözlənilir - DEPUTAT AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması ilə bağlı Prezidenti sərəncamı əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi".
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, eyni zamanda il ərzində sosial paketin daha da dərinləşəcəyindən xəbər verir.
"Minimum əməkhaqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir. Son sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...