COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) idarə heyəti qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb.
BAKU.WS xəbər verir ki, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un fəaliyyət planını təqdim edərkən deyib ki, Azərbaycan dünya ictimaiyyətinin COP29-a ev sahibliyi etmək üçün göstərdiyi inamdan şərəf duyur.
"Amma biz iqlim problemini təkbaşına həll edə bilmərik", - COP29 prezidenti qeyd edib.
O, dünya ictimaiyyətini həmrəyliyə çağırıb.
Sözügedən təşəbbüslərə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü, COP29 "yaşıl enerji" zonaları və dəhlizləri öhdəliyi, COP29 Hidrogen Bəyannaməsi və sair daxildir.
Oxşar xəbərlər
Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb
Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768,4 min nəfər olub, onlardan 858,1 min nəfəri iqtisadiyyatın...
