COP29-da "Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları" tədbiri keçirilib
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) yeddinci günündə Yaşıl Zonada "Dəyişiklikləri yönləndirən qadınlar: Dayanıqlı gələcəyin çempionları" adlı tədbir keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tədbir COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin moderatorluğu ilə baş tutub.
Tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş yaradan aparıcı qadın alimlər, mütəxəssislər və müvafiq sahələr üzrə ekspertlərdən ibarət qadın iqlim liderləri bir araya gəliblər.
Bu qadın liderlər öz ilhamverici işləri və innovativ həllərini, eyni zamanda, gender bərabərliyinin iqlim dayanıqlılığı ilə necə əlaqəli olduğu barədə öz fikirlərini bölüşüblər.
Tədbirdə iqlim sahəsində qadınların qarşılaşdığı özünəməxsus çətinliklər və imkanlar müzakirə olunub, həmçinin onların dayanıqlı gələcəyin qurulmasında oynadıqları həyati rol vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycanlı turistlərin nəyə pul xərclədiyi məlum oldu
2021–2025-ci illərin yanvar–sentyabr aylarında ölkədaxili turizm səfərləri etmiş şəxslərin sayında davamlı artım qeydə alınıb. Media Təhlil Mərkəzindən (MTM) BA...