COP29 çərçivəsində Toqo və Keniyada seminarlar keçirilib
COP29-un sədrliyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfdaşlarla birlikdə İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması çərçivəsində Toqo və Keniyada seminarlar təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə "COP29 Azerbaijan"ın "X" platformasında paylaşım edilib.
Qeyd olunub ki, tədbirlərin məqsədi Afrika ölkələrinə bu sahədə şəffaflığa dair iki illik hesabatların daha sürətli hazırlanmasına dəstək olmaqdan ibarətdir.
Seminarlarda bu istiqamətdəki səylərin inkişaf etməkdə olan ölkələrdə iqlim şəffaflığının artırılmasına və həmin dövlətlərin bu sahədə malik olduğu potensialın yüksəldilməsinə xidmət etdiyi bildirib.
Qalereya
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub. BAKU.WS xəbər verir ki, bu barədə iq...