Cəbrayılda 2027-ci ildə damazlıq yumurta kompleksi istismara veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunda 28 milyon manat həcmində damazlıq yumurta kompleksi yaradılır.
"Report"un Zəngilan rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə quşçuluq kompleksi olan "Hicaz Poultry" MMC-nin rəhbəri Səfər Sadıxov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil edilmiş müşavirədə bildirib.
S. Sadıxovun sözlərinə görə, layihənin təməli 2024-cü ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
"Quşçuluq kompleksi 40 hektar sahəni əhatə edəcək və 2027-ci ilin ortalarında tam istismara verilməsi nəzərdə tutulur. Layihə daxilində 150 daimi iş yerinin açılması planlaşdırılır. Hazırda layihəyə 8 milyon manat məbləğində investisiya qoyulub. Biotəhlükəsizlik standartlarının təmin edilməsi üçün 40 hektarlıq ərazi 6 müstəqil zonaya ayrılıb".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...