Bütün dünyanın gözlədiyi iclas başlayır, neftin taleyi həll olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Reuters, Doha konfransında razılaşma layihəsini işarə edərək, istehsalın 1 oktyabra qədər Yanvar ayı səviyyələrində dondurulacağını qeyd edib.
"Marja" xəbər verir ki, Reuters-ın əldə etdiyi razılşama layihəyəsinə görə, neft istehsalçıları istehsalı 1 Oktyabr tarixinə qədər Yanvar ayındakı səviyyələrdə dondurmaq məsələsində razılığa gələcəkləri gözlənilir.
Layihəyə görə, istehsalçılar Oktyabr ayında Rusiyada yenidən toplanaraq, neft bazarındakı vəziyyəti nəzərdən keçirəcəklər. Reuters, hələ layihə üzərində razılığa gəlinmədiyini, müqavilənin digər ölkələrin iştirakına açıq olacağını bildirib.
Həmçinin Reuters, adını vermədiyi mənbələrə istinadən, neft istehsalçısı ölkələrin neft qiymətlərini yüksəltmək üçün istehsalı dondurmaq məsələsində razılığa gəlməyə yaxın olduqları xəbərini verib.
"HƏLƏLİK RAZILAŞMA YOXDUR"
Rusyanın energetilka naziri Aleksandr Novak, hələlik razılıq əldə olunmadığını qeyd edib. Novak, mətbuat nümayəndələrinə görüş öncəsi verdiyi açıqlamada, "İlk öncə toplantını keçirək" deyib. Novak, "bütün ölkələr qətnamə layihəsinə baxacaq. Hələ ki, qərar yoxdur" şəklində danışıb.
TOPLANTIDA FASİLƏ
Görüşlər haqqında məlumata malik olan və adını verməyən bir mənbəyə görə, danışıqlara fasilə verilib. Nümayəndələrin Qətər Əmirinin sarayına getdiyi və ziyarətdən qayıtdıqdan sonra danışıqların yenidən başlayacaqları bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Natiq Əliyev: "Neft hasilatının oktyabradək dondurulması planlaşdırılır"
"Neft hasil edən ölkələrin Dohada keçirilən görüşünün yekunu üzrə imzalanacaq saziş layihəsi hasilatın cari ilin oktyabr ayınadək yanvar səviyyəsində dondurulma...