Bu şəhərlərdə yeni yanğınsöndürmə binaları TİKİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi Bakı və Gəncə şəhərlərində 3 və 4 çıxışlı yanğınsöndürmə depo binaları inşa etdirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu binaların 5 ədəd olacaq. Artıq bərpa və tikinti layihə-smeta sənədlərinin hazırlanması üçün müsabiqə elan edilib.
Müasir depolar FHN-in operativliyini artırmaqla yanaşı, fövqəladə hallara daha çevik reaksiya verməyə imkan yaradır. Yeni çıxışlı binaların istifadəyə verilməsi yanğınsöndürən texnikanın qısa zamanda hadisə yerinə çatmasını təmin edir, həmçinin personalın iş şəraitini yaxşılaşdırır.
Bununla da həm Bakı, həm də Gəncədə yanğın təhlükəsizliyi daha etibarlı şəkildə qorunacaq.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...