Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb
2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı və ya 82.5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Qısamüddətli kreditlərin həcmi isə 5 milyard 467.7 milyon manat olub ki, bu da illik müqayisədə 18.2 faiz artım deməkdir. Uzunmüddətli kreditlər üzrə artım tempi 6.4 faiz təşkil edib.
Kreditlərin 94.3 faizi banklar, 5.7 faizi isə bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları tərəfindən verilib.
Hesabat dövründə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 13.5 faiz artaraq 544.8 milyon manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7 faiz səviyyəsində qeydə alınıb.
Oxşar xəbərlər
Almaniya şirkəti SOCAR ilə aşağı karbonlu qaz həlləri üzrə əməkdaşlığı nəzərdən keçirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın VNG AG şirkəti arasında bərpa olunan enerji və aşağı karbonlu qaz həlləri üzrə potensial əməkdaşlıq istiqa...