Bu il Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini 4 dəfə artırıb
15
apr
2023
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.
Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,5 dəfə çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63 %, qeyri-neft sektoru üzrə ixracında isə 30,81 % paya malik olub.
Oxşar xəbərlər
Bu il Azərbaycanın qeyri-neft ixracı 1,5 milyard dollara çatıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. BAKU.WS Report-a i...