Bu bank daha sərfəli şərtlərlə ipoteka verir

Bu bank daha sərfəli şərtlərlə ipoteka verir
İqtisadiyyat 1912
İpoteka krediti əsasında öz evinə sahib olmaq artıq daha asandır. Çünki, Expressbank şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi şərtlərini daha da asanlaşdırdır. Artıq yeni mənzilin alınması üçün tələb olunan ilkin ödənişin həcmi 20-25%-ə endirilmişdir.Xatırladaq ki, ipoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla, 3 ildən 25 ilədək müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir. Online müraciət üçün bu linkdən istifadə etmək olar.Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Oxşar xəbərlər

Faizsiz kreditin sirri! (FOTO)

Faizsiz kreditin sirri! (FOTO)

Nə qədər qəribə səslənsə də, faizsiz kredit götürmək mümkündür. Expressbank-ın güzəşt müddətli Expresso kartı bu imkanı yaradır.Expresso kartın kredit xətti ilə...

4572 İqtisadiyyat 17:11 10 oktyabr 2017

Son xəbərlər