Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin iclası zamanı deyib.
O bildirib ki, "Bulgargaz" şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana 25 il müddətində illik 1 milyard kubmetr təbii qaz tədarük olunacaq.
Nazir əlavə edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.
Qeyd olunub ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrınadək Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi ilə bağlayan "Kulata" müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək.
Oxşar xəbərlər
TAP kommersiya əməliyyatlarına başlayır - FOTO
Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur. Bu barədə TAP konsorsiumu məlumat yayıb. Yunanıstanın Saloniki şəhər...