Bitkoin yeni rekorda imza atdı: 98 min dolları keçdi
Bitkoinin qiyməti 98 min dolları keçərək tarixi maksimumu yeniləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatları göstərir.
Məlumata əsasən, kriptovalyuta bir anda rekord həddə - 98 384 dollara çatıb.
***08:49
Bitkoinin qiyməti rekor vuraraq 96 min ABŞ dolları həddini keçib.
BAKU.WS xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatları göstərir.
Bu gün səhər saatlarında kriptovalyuta $96 min həddini keçərək $96,575 minə (+5,12%) çatıb.
Ekspertlər hesab edir ki, Bitkoin yaxın günlərdə 100 min dollar həddini asanlıqla keçərək 300 min səviyyəsinə qədər yüksələ bilər. Bununla belə, ciddi mənfi faktorlar olmadıqda, baş verə biləcək texniki korreksiyaların da tezliklə tənzimlənməsi gözlənilir.
Oxşar xəbərlər
Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr edilib. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək...