Bitki yağı azalır, marqarin istehsalı yüksəlir

Bitki yağı azalır, marqarin istehsalı yüksəlir
İqtisadiyyat 58

Ötən ilin yanvar–noyabr ayları ərzində Azərbaycanda duru bitki yağları istehsalı azalsa da, marqarin istehsalında artım müşahidə olunub.

BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan dövrdə ölkədə 37 min 728,4 ton duru bitki yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalma deməkdir.

Eyni zamanda, marqarin istehsalı 46 min 537,8 tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 3,1 faiz artım göstərib.

Bu ilin dekabr ayının əvvəlinə olan məlumata əsasən, ölkə üzrə duru bitki yağlarının ehtiyatı 2 min 132,7 ton, marqarin ehtiyatı isə 3 min 537,9 ton təşkil edib. Sözügedən ehtiyatlar ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 41,3 və 5,6 faiz azalıb.

Hesabatda həmçinin qeyd olunur ki, baxılan dövrdə Azərbaycanda ümumilikdə 4 milyard 592,8 milyon manat dəyərində qida məhsulları istehsal edilib. Bu göstərici illik müqayisədə 9,8 faiz artıb.

Son xəbərlər