"Bitcoin"dən yeni qiymət rekordu – 111 min dolları keçdi

Kriptovalyuta bazarında tarixi hadisə baş verib – dünyanın ən populyar rəqəmsal valyutası olan "Bitcoin" bu gün – 22 may 2025-ci il tarixində özünün tarixi maksimumuna çatıb.
"Binance" kriptobirjasının məlumatına görə, "Bitcoin"in qiyməti 111 min 800 ABŞ dolları səviyyəsinə yüksəlib. Son bir ayda bu aktiv 22 min dollardan çox bahalaşıb, bu da bazarın rekord dinamika ilə böyüdüyünü göstərir.
Maliyyə ekspertləri qiymətin bu qədər artmasını bir neçə amillə izah edirlər. Onların fikrincə, ABŞ dollarının zəifləməsi və "GENIUS" aktına dəstəyin artması – yəni kriptovalyutaların federal səviyyədə tənzimlənməsini nəzərdə tutan qanun layihəsi – investorların "Bitcoin"ə olan inamını artırıb. Treyderlər bu şəraitdə "Bitcoin"in uzunmüddətli artım potensialını daha yüksək qiymətləndirirlər.
Xatırladaq ki, aprel ayında ABŞ-nin bütün idxal mallarına əlavə rüsum tətbiq etməsi və Donald Trampın inaqurasiyası ərəfəsində "Bitcoin"in dəyəri 109 min dolları keçmiş, daha sonra isə 75 min dollaradək enmişdi. Lakin son bir ayda bu itkilər tamamilə kompensasiya olunub və "Bitcoin" yeni zirvəyə çatıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub. Bu barədə BAKU.WS-ə nazirlikdən bildirilib. Bunu...
