Banklara da güzəşt ediləcək - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunması ilə bağlı təkliflər açıqlanıb.
BAKU.WS xəbər verir ki, banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq. Bu barədə Mərkəzi Bankın Tədbirlər Planında məlumat verilib.
Təkliflərə aşağıdakılar daxildir:
• Banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.
• Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması;
• Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması;
• 01 yanvar 2021-ci ilədək kontr-tsiklik kapital buferinin 0.5%-dən 0 faizəendirilməsi;
• Bankların kapitalının adekvatlıq göstəricilərinin hesablanması zamanı bazar və əməliyyat risklərinin 01 yanvar 2021-ci ilədək nəzərə alınmaması;
• Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimi verilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması;
• Bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin banklara tövsiyə edilməsi;
• İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması;
• Kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək tarixinədək təxirə salınması.
Oxşar xəbərlər
Bu şəxslərin kredit borcları silindi - Ekspertlər DETALLARI AÇDI
"Bu qərar bizi narahat edən əsas sosial məsələlərin birinin həlli deməkdir".Bu açıqlamanı iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onu...