Azərbaycanda bank iflasa gedir - 250 milyon manat zərər

Azərbaycanda bank iflasa gedir - 250 milyon manat zərər
İqtisadiyyat 2518
“VTB Bank (Azərbaycan)” 2018-ci ili 250 milyon 478 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 4 milyon 753 min manat xalis mənfəətlə bağlamışdı.“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “VTB Bank (Azərbaycan)”ın faiz gəlirləri 7 milyon 806 min manat, faiz xərcləri isə 8 milyon 614 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 809 min manat xalis faiz zərəri yaranıb.“VTB Bank (Azərbaycan)” qeyri-faiz əməliyyatlarında da zərər edib. Bankın qeyri-faiz zərəri 5 milyon 524 min manat təşkil edib. Ötən il bir manat da olsun xalis qazancı olmayan Bank, üstəlik 24 milyon 577 min manat inzibati və digər xərclər çəkib. Nəticədə“VTB Bank (Azərbaycan)”nın 30 milyon 910 min manat əməliyyat zərəri yaranıb. Ötən ilin əməliyyat zərəri 2017-ci illə müqayisədə cüzi azdır.Ziyan əməliyyat zərəri ilə yekunlaşmır. Ötən il ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 218 milyon 800 min manat ayrıldığından Bankın zərəri 250 milyon 478 min manata qalxıb.“VTB Bank (Azərbaycan)” nə müştərilərə verilmiş kreditlərdən, nə də digər bank xidmətlərindən qazanc götürə bilmir.Qeyd edək ki, “VTB Bank (Azərbaycan)” 2018-ci il üzrə ən böyük zərəri açıqlayan bankdır.2017-ci ildə VTB Bank Azərbaycan-ın cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 248 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 54 milyon 800 min manat təşkil etmişdi. Nəticədə Bankın 32 milyon 552 min manat əməliyyat zərəri yaranmışdı. Lakin Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 39 milyon 919 min manatı azad olduğundan və mənfəətə əlavə edildiyindən əməliyyat zərəri bağlanmış, 7 milyon 367 min manat mənfəət də yaranmışdı. Bu mənfəətdən də 2 milyon 614 min manat mənfəət vergisi ödənilmişdi. Nəticədə Bank həmin ili 4 milyon 753 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Mənfəət və zərər haqda hesabatIV rub 2018
İlin əvvəlindən hesabat tarixinə qədər
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi7 805,70
Faizlər və onlara bağlı xərclər, cəmi8 614,65
Xalis faiz mənfəəti (zərəri)- 808,95
Qeyri-faiz gəlirləri, cəmi- 5 524,44
Qeyri-faiz xərcləri, cəmi24 577,12
Xalis əməliyyat mənfəəti (zərəri)- 30 910,51
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)218 800,00
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)- 249 710,52
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi-767,64
Vergilər ödənilənədək xalis mənfəət (zərər)- 250 478,16
Mənfəətdən ödənilən vergilər
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)- 250 478,16
AKTİVLƏR
IV RUB 2018
Nağd vəsaitlər 7 014,52
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)15 239,24
Banklara verilmiş kreditlər -
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi 23 123,19
Qiymətli kağızlara investisiyalar29 629,32
Digər maliyyə institutlarına xalis kreditlər 400,00
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)49 401,97
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər 715,87
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi1 278,00
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər1 778,58
Digər aktivlər 6 726,40
CƏMİ AKTİVLƏR135 307,09
ÖHDƏLİKLƏR
Depozitlər58 723,68
AMB-nın banka qarşı tələbləri, cəmi -
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi 608,55
Banklar və digər maliyyə institutlarının kreditləri9 569,90
Bankların depozitləri 85,75
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi 8 955,03
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)
Digər passivlər2 394,31
CƏMİ ÖHDƏLİKLƏR80 337,22
KAPİTAL
Xüsusi kapital, cəmi54 249,51
a) dövriyyədə olan adi səhmlər315 815,00
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi- 261 565,49
Ümumi ehtiyatlar, cəmi720,37
Cəmi kapital 54 969,87
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL 135 307,09
Kapitalın strukturu, min manatlaIV rüb 2018
I dərəcəli kapital : 54 249,51
Adi səhmlər 315 815,00
Keçmiş illərin mənfəət/zərəri- 11 087,33
Cari ilin zərəri- 250 478,16
I dərəcəli kapitaldan tutulmalar 1 778,58
Tutulmalardan sonra I dərəcəli kapital 52 470,92
II dərəcəli kapital :
Ümumi ehtiyatlar 720,37
Cari ilin mənfəət -
Kapitalın digər vəsaitələri -
II dərəcəli kapitalın cəmi 720,37
Məcmu kapital 53 191,29
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər 135 693,17
IV rüb 2018AR MB tərəfindən təyin olunmuş norma
I dərəcəli kapitalın adekvatlıq əmsalı38,58%5%
Məcmu kapitalın adekvatlıq əmsalı39,11%10%

Son xəbərlər