İlahə Şükürovanın İŞDƏN ÇIXARILMA SƏBƏBİ açıqlandı
Sabunçu Tibb Mərkəzi publik hüquqi şəxsin direktorunun müavini - baş həkim İlahə Şükürovanın vəzifəsindən azad olunma səbəbi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Bildirilib ki, İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) oktyabrın 7-sindən tutduğu vəzifədən azad edilib.
Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib.
***
Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Xatırladaq ki, İ.Şükürova bu vəzifəyə ötən ilin iyun ayında təyinat almışdı.
Oxşar xəbərlər
"Ömrümdə ilk dəfə bu qədər pul görmüşdüm" - Xırdalanda mənzil arzusu kabusa çevrildi
Qusar rayon sakini Xırdalan şəhərində mənzil sahibi olmaq istəyərkən tanışı vasitəsilə İrşad adlı şəxslə əlaqə yaradıb və evin tikilməsi üçün ona 29 min manat p...