Bank hesabı açmaq istəyənlərin nəzərinə – Qaydalar dəyişir
17
avq
2017
21:05
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsini hazırlayıb.Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) BBN.az-a bildirilib.Qeyd olunub ki, layihədə bank hesablarının açılması və rəsmiləşdirilməsi prosedurlarına və hesablara, eləcə də, hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət qaydalarına dəyişikliklər edilməsi nəzərdə tutulub. Həmçinin qaydalara yeni anlayışlar da daxil edilib.Qeyd edilməlidir ki, layihədə hesabın açılması üçün tələb olunan sənədlərdə ciddi dəyişiklik nəzərdə tutulmayıb.Qaydaların yenilənmiş layihəsi banklar tərəfindən nəzərdən keçirilməsi üçün ABA-ya ünvanlanıb. Layihə ilə bağlı təkliflər hazırlandıqdan sonra ABA tərəfindən MBNP-na təqdim edilməsi planlaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Banklarda hesabdan nağd pulun çıxarılmasına qoyulan qadağaya RƏSMİ AÇIQLAMA
"Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə da...