"Baktelecom" abunəçilərinin internet təminatında fasilə yaranıb - SƏBƏB

Baktelecom abunəçilərinin internet təminatında fasilə yaranıb - SƏBƏB
İqtisadiyyat 434

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

MMC-dən BAKU.WS-ə verilən məlumata görə, nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər