Bakının mərkəzində 17 yaşlı oğlan bankı yarmaq istədi - ƏMƏLİYYAT
20
may
2018
11:30
Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub.BAKU.WS lent.az-a istinadən bildirir ki, mayın 19-da gecə saat 01:22 radələrində "Kapital Bank" ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən "Binəqədi" filialından polisə həyəcan siqnalı daxil olub. Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir. Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda şirkətdən 20 min manat pulu aparmağa cəhd edən şəxs tutulub
Bakıda şirkət əməkdaşına bıçaqla xəsarət yetirərək üzərindəki 20 min manat pulu aparmağa cəhd edən şəxs tutulub.Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mə...