Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək

Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək
İqtisadiyyat 16

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 41 ölkə pavilyonla iştirak edəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrini məlumatlandırarkən deyib.

Onun sözlərinə görə, WUF13 ilə bağlı "Urban Expo" zonası 3.5 hektar sahəni əhatə edir:

"Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşəcək. Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetrdir".

A.Məmmədov həmçinin bildirib ki, tədbirə 14-ə yaxın ölkənin bələdiyyə nümayəndəsi qatılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər